Главная > Dünya > Yaponiya və Cənubi Koreyanın XİN başçıları dialoqun vacibliyini təsdiqləyiblər
Yaponiya və Cənubi Koreyanın XİN başçıları dialoqun vacibliyini təsdiqləyiblər12-12-2024, 17:21. Разместил: azadses |
Ötən həftə daxili siyasi vəziyyətin kəskin şəkildə pisləşdiyi Koreya Respublikasının və Yaponiyanın xarici işlər nazirləri mürəkkəbləşən şəraitə baxmayaraq, mövcud strateji vəziyyət fonunda iki ölkə arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. "Report"un xəbərinə görə, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bəyanatında qeyd olunur ki, Cənubi Koreyanın xarici işlər naziri Ço Txe Yol ölkəsində Prezident Yon Sok Yolun dekabrın 3-də hərbi vəziyyət elan etmək qərarının siyasi böhrana səbəb olduğu vəziyyətdən danışıb. “Hər iki nazir hazırkı strateji vəziyyət fonunda Yaponiya-Koreya Respublikası münasibətlərinin əhəmiyyətinin dəyişməz qalması ilə razılaşıblar və iki hökumət arasında sıx dialoqu davam etdirmək qərarına gəldilər”, - məlumatda bildirilir. Bundan əlavə, onlar mürəkkəb şəraitə baxmayaraq, KXDR ətrafındakı vəziyyətlə bağlı həm ikitərəfli, həm də üçtərəfli qaydada Yaponiya, Koreya Respublikası və ABŞ arasında sıx koordinasiyanın təmin edilməsinin vacibliyini bir daha təsdiqləyiblər. Вернуться назад |