Главная > Dünya > Eskalasiyadan sonra 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb
Eskalasiyadan sonra 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb12-12-2024, 15:45. Разместил: azadses |
Cari ilin noyabr ayının sonunda Suriyada artan gərginlikdən sonra bir milyondan çox sakin evini tərk etmək məcburiyyətində qalıb. "Report"un məlumatına görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir. "Ötən ayın sonunda döyüşlərin şiddətləndiyindən 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb. Bir çox ailələr dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb. Böyük çətinliklər fonunda Ali Komissarlıq ehtiyacı olan insanlara sığınacaq və digər kritik xidmətlər göstərmək üçün tərəfdaşlarla işləyir", - məlumatda deyilir. Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya Ordusunun bölmələri şəhəri tərk edib. Вернуться назад |