Главная > Dünya > Müxalifət xaricdəki suriyalıları vətənə qayıtmağa çağırır
Müxalifət xaricdəki suriyalıları vətənə qayıtmağa çağırır11-12-2024, 12:14. Разместил: azadses |
Bəşər Əsədin prezidentlikdən getməsindən sonra hakimiyyətə gələn Suriya müxalifəti xaricdə olan suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırır. “Report” xəbər verir ki, bu barədə Suriya müxalifətinin siyasi idarəsinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlayıb. “Biz xaricdəki suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırırıq”, – o bildirib. Rəsminin sözlərinə görə, “qarşıdakı dövrdə Suriya bütün xalqının səylərinə ehtiyac duyacaq”. Xatırladaq ki, daha əvvəl ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin formalaşdırıldığını açıqlamışdı. Вернуться назад |