Главная > Dünya > Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb

Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb


9-12-2024, 09:43. Разместил: azadses
Konqo Demokratik Respublikasında oktyabrın 24-dən indiyədək baş ağrısı və öskürəklə müşayiət olunan naməlum xəstəliyə 400-dən çox yoluxma halı qeydə alınıb, 30-dan çoxu ölüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Kvanqo əyalətindəki Panzi tibbi-sanitar zonasında qızdırma, baş ağrısı, öskürək, burun axması simptomları ilə müşayiət olunan naməlum xəstəliyə 406 nəfər yoluxub. Onlardan 31-i dünyasını dəyişib.

Panzidə yerləşən həkim qrupları laboratoriya testləri üçün biomaterial nümunələri toplayıb və xəstəliyin ötürülmə dinamikasını öyrənir.


Вернуться назад