Главная > Dünya > ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Ukraynanı müzakirə ediblər

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Ukraynanı müzakirə ediblər


5-12-2024, 17:25. Разместил: azadses
Noyabrın 27-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun telefonla bir sıra təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynadakı münaqişəni müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü Ceril Dorsi “ABC” telekanalına bildirib.

Onun sözlərinə görə, telefon danışığı Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü əsasında baş tutub.

“Bu, general Braun sədr olduqdan sonra hərbi liderlər arasında ilk söhbət olub. Hərbi liderlər bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada davam edən münaqişəni müzakirə ediblər. General Gerasimovun xahişi ilə general Braun söhbəti əvvəlcədən elan etməməyə razı olub”.


Вернуться назад