Главная > Dünya > Qazaxıstan və Cənubi Koreya müdafiə nazirlərinin görüşü ləğv edilib

Qazaxıstan və Cənubi Koreya müdafiə nazirlərinin görüşü ləğv edilib


5-12-2024, 15:43. Разместил: azadses
Qazaxıstan və Cənubi Koreya müdafiə nazirləri arasında dekabrın 5-nə planlaşdırılan danışıqların keçirilməməsinə qərar verib.

“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Astana Seula nümayəndə heyəti göndərməmək qərarı barədə məlumat verib. Koreya Respublikasının Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, tərəflər məsləhətləşmələrdən sonra və mövcud vəziyyət fonunda bu barədə razılığa gəliblər.

Dekabrın 3-də Koreya Respublikasının Prezidenti Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan ünsürlərlə” mübarizə aparmaq üçün 6 saatlıq hərbi vəziyyət tətbiq edib. Belə bir tədbir üçün heç bir əsasın olmadığını nəzərə alan müxalifət dekabrın 4-də prezidentə qarşı impiçment proseduruna başlayıb.

Baş verən hadisələr fonunda Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon istefa verib. Artıq ölkə lideri müdafiə nazirinin istefasını qəbul edib.


Вернуться назад