Главная > Dünya > Le Pen Makronu vəzifəsindən istefa verməyə çağırıb

Le Pen Makronu vəzifəsindən istefa verməyə çağırıb


5-12-2024, 10:30. Разместил: azadses
Fransada Milli Brilik partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronu tənqid edərək, onu istefaya çağırıb.

“Report” xəbər verir ki, müvafiq bəyanat “TF1” telekanalının efirində səsləndirilib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə görə əsas məsuliyyət Makronun üzərinə düşür. Qadın siyasətçinin fikrincə, həm iyunda parlamentin buraxılması, həm də bu yaxınlarda hökumətə etimadsızlıq səsverməsi Makronun yeddi illik hakimiyyətinin nəticələridir.

Le Pen prezidentə təzyiqlərin son dərəcə güclü olacağını vurğulayaraq, onun tezliklə istefa verəcəyini istisna etməyib.

Qeyd edək ki, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib.


Вернуться назад