Главная > Dünya > Sergey Ryabkov: Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır

Sergey Ryabkov: Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır


5-12-2024, 08:54. Разместил: azadses
Rusiya ABŞ-nin yeni administrasiyasının işinə başlamasını gözləyir və Vaşinqton müvafiq istək nümayiş etdirərsə, istənilən təmaslara hazır olacaq.

“Report” xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, ölkəsinin yeni administrasiyanın fəaliyyətə başlayacağı anı səbirlə gözlədiyini və Amerika tərəfinin bu cür qarşılıqlı fəaliyyətə hazır olmasından asılı olaraq rəsmi əlaqə kanallarından istifadə etmək niyyətində olduğunu vurğulayıb.

ABŞ-nin hazırkı administrasiya ilə təmasların çox olmadığını qeyd edən Ryabkov bunu səhv adlandırıb və əlavə edib ki, ünsiyyətdən qaçmaqdansa dialoqa girmək daha yaxşıdır. O, həmçinin bildirib ki, Rusiya ABŞ-nin növbəti milli təhlükəsizlik komandasının tərkibini nəzərdən keçirəcək və istənilən təmaslara açıq olacaq.


Вернуться назад