Главная > Dünya > Trampın yaxın tərəfdaşı: ABŞ Gürcüstana qarşı ədalətsiz qərarlar qəbul edib
Trampın yaxın tərəfdaşı: ABŞ Gürcüstana qarşı ədalətsiz qərarlar qəbul edib4-12-2024, 10:30. Разместил: azadses |
Donald Tramp administrasiyası ilə Gürcüstan-ABŞ münasibətləri yaxşılaşacaq və Birləşmiş Ştatlar Gürcüstana Aİ-yə qoşulma danışıqlarına başlamağa kömək edəcək. "Report"un yerli bürosu xəbər verir ki, bunu, yeni prezident seçilmiş Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-nin Aİ-də xüsusi nümayəndəsi olmaq ehtimalı irəli sürülən Kembrli Lou müsahibəsində bildirib. “Hazırkı baş nazir (Gürcüstanın-red) Aİ-yə qoşulmaq üzərində işləməyə davam etmək istəyir. Biz sizə Aİ-yə daxil olmağa kömək etmək istəyirik və bunu necə edəcəyimizi bilirik. ABŞ-də Gürcüstana qarşı çox ədalətsiz qərarların qəbulu fikirləri ilə razıyam. Gürcüstan çox çalışıb ki, iqtisadiyyatını və digər məsələləri inkişaf etdirərək Aİ-yə qoşulsun. Ancaq eyni zamanda mədəni özünəməxsusluğu qorumaq da doğrudur, bu çox vacibdir”, - o bildirib. Вернуться назад |