Главная > Dünya > Kaliforniyada qatil nəzarətdən qaçıb

Kaliforniyada qatil nəzarətdən qaçıb


3-12-2024, 15:43. Разместил: azadses
Birinci dərəcəli qətlə görə məhkum edilmiş Sezar Hernandez məhkəməyə aparılarkən fürsətdən istifadə edərək Kaliforniyada nəzarətdən qaçıb.

“Report” xəbər verir ki, bu barədə yerli “ABC7 Los Angeles” bildirib.

Bazar ertəsi günü birinci dərəcəli qətlə görə şərti azadlığa buraxılma imkanı ilə 25 il müddətinə azadlıqdan məhrum edilən 34 yaşlı Sezar Hernandez Kern dairəsində nəzarətdən qaçıb.

Kaliforniya İslah və Reabilitasiya Departamentinin məlumatına görə, məhbus məhkəmə iclasında iştirak etmək üçün Delano şəhər dairə məhkəməsinə gətirildikdən sonra nəqliyyat vasitəsini tərk edib. Hadisə səhər saat 10:45 radələrində vaqe olub.

Telekanal qeyd edib ki, məhbus təhlükəli hesab olunur. Delano polisi digər hüquq-mühafizə orqanları ilə birlikdə qaçağın fəal axtarışını aparır.


Вернуться назад