Главная > Dünya > Tbilisidə keçirilən son etirazlarda DİN-in 113 əməkdaşı xəsarət alıb
Tbilisidə keçirilən son etirazlarda DİN-in 113 əməkdaşı xəsarət alıb2-12-2024, 14:58. Разместил: azadses |
Son günlər Gürcüstanın paytaxtı Tbilisi şəhərində etirazçıların aksiyaları nəticəsində 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Qeyd olunub ki, dekabrın 1-2-də etirazçıların zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Onlara hazırda tibbi yardım göstərilir. Son günlər aksiyalarda Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hazırda klinikada müalicə alır. Вернуться назад |