Главная > Dünya > Rumıniyada parlament seçkiləri keçirilir
Rumıniyada parlament seçkiləri keçirilir1-12-2024, 14:00. Разместил: azadses |
Rumıniyada parlament seçkiləri keçirilir. “Report” bu barədə “Hot News” portalına istinadən xəbər verir. Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq. Seçkilərin keçirilməsi üçün 8 968 məntəqə açılıb, Xaricdə isə 950 səsvermə məntəqəsi mövcuddur. Ümumilikdə 18 milyondan çox seçicinin səs verəcəyi gözlənilir. "İndiyə qədər 170 078 rumıniyalı səs verib ki, bu da 2020-ci il parlament seçkilərinin sayından təxminən iki dəfə çoxdur", - nəşr bildirib. Parlamentə seçkilərin nəticələrinə görə, ümumi namizədlərdən 137 senator və 322 deputat seçiləcək. Seçkilərə 50 siyasi blok və partiya buraxılıb. Olar parlamentə daxil olmaq üçün minimum 5 %-lik baryeri keçməlidirlər. Вернуться назад |