Главная > Dünya > Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlibBu gün, 10:31. Разместил: azadses |
Kanadanın büdcə kəsiri 2024-2025-ci maliyyə ilinin ilk altı ayında iki dəfədən çox artaraq 13,01 milyard Kanada dollarına (9,28 milyard dollar) çatıb. “Report”un məlumatına görə, bu barədə "Reuters" Kanada Maliyyə Nazirliyinə istinadən xəbər yayıb. Departament bildirib ki, proqram xərcləri və borc ödənişləri gəlir artımından daha sürətli yüksəlib. Qeyd olunub ki, ölkənin ötən ilin eyni dövründə büdcə kəsiri 8,17 milyard Kanada dolları olub. Proqram xərcləri bütün əsas xərc kateqoriyalarında 11,2%, dövlət borcuna xərclər əsasən yüksək faiz dərəcələri səbəbindən 22,5% artıb. Eyni zamanda, gəlirlər cəmi 9,6% artıb ki, bu da əsasən fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergilərindən daxilolmaların, eləcə də digər vergi və rüsumlardan daxilolmaların artması hesabına baş verib. Вернуться назад |