Главная > Dünya > Maskın “X”inin Britaniyadakı populyarlığı azalır
Maskın “X”inin Britaniyadakı populyarlığı azalır28-11-2024, 14:00. Разместил: azadses |
Amerikan onlayn platforması “Reddit” Birləşmiş Krallıqda ən populyar sosial şəbəkələr arasında amerikalı sahibkar İlon Maskın “X”ini ötərək beşinci yerə yüksəlib. “Report” “The Guardian”a istinadən xəbər verir ki, bu nəticələr “Ofcom” kommunikasiya tənzimləyicisinin hesabatında öz əksini tapıb. Bu ilin may ayında “Reddit”i 22,9 milyon britaniyalı yetkin istifadəçi ziyarət edibsə, “X”də bu göstərici 22,1 milyondur. Bu, “Reddit”i ölkənin ən sürətlə böyüyən iri sosial şəbəkəsi edir. “Reddit” 2023-cü illə müqayisədə 47 % artım göstərməsi platformanı “LinkedIn” və “X”i ötərək reytinqdə beşinci yerə yüksəlməsinə gətirib çıxarıb. Sosial şəbəkələr arasında lider 44 milyon istifadəçiyə çataraq “Facebook”u ötən “YouTube” qalır. “Reddit”in uğuru “Google” axtarış alqoritminin yenilənməsi ilə bağlıdır ki, bu da orqanik trafikin artmasına yol açıb. Nəşrin yazısında vurğulanıb ki, “X”in populyarlığı son il ərzində 8 % azalıb ki, bu da kontent moderasiyası problemləri və “Meta”nın “Threads”i tərəfindən rəqabətlə əlaqədardır. Xatırladaq ki, daha əvvəl “The Guardian” “X”dəki hesablarında yazı dərc etməyəcəyini açıqlamışdı. Səbəb kimi orada rast gəlinən “narahatedici” məzmun, “o cümlədən ultra-sağçı konspiroloji nəzəriyyələr və irqçilik” göstərilib. Hazırda nəşrin yazıları digər sosial platformalarla yanaşı “X”in sürətlə populyarlaşan rəqibi – “Bluesky”da da paylaşılır. Вернуться назад |