Главная > Dünya > BMT rəsmisi: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür

BMT rəsmisi: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür


Bu gün, 08:54. Разместил: azadses
"Dünyada hər 10 dəqiqədə bir qadın həyat yoldaşı və ya ailə üzvü tərəfindən öldürülür. Türkiyədə qadın qətli halları kütləvi səfərbərlik məsələsidir".

Bunu mövzu ilə bağlı "Report"un ABŞ bürosunun sualını cavablandıran BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda deyib.

BMT rəsmisi qeyd edib ki, təşkilatın "Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Mübarizə Günü" ilə bağlı yayımladığı hesabatı vəziyyətlə bağlı həyəcan siqnalı çalır. Hesabatda qadın və qızların ölümlərinin 60 faizinin həyat yoldaşları və ya ailə üzvləri tərəfindən törədildiyi qeyd edilib.

Qadın ölümlərinin hələ də dünyada qadınlar və qızlara qarşı ən çox qeydə alınan zorakılıq növü olduğunu deyən BMT rəsmisi qeyd edib ki, Afrika və Avropanın bir çox ölkələrində, o cümlədən Fransada, Amerika Birləşmiş Ştatlarında, eləcə də Mərkəzi Asiya və Şərq ölkələrində qadın cinayətlərinin sayı hər gün artır: "2023-cü ildə 85 min qadın qəsdən öldürülüb və bu ölümlərin 51 mindən çoxu onların həyat yoldaşları və ya ailə üzvləri tərəfindən törədilib. Bu ilin əvvəlində biz Türkiyədə qadın qətli halları barədə çox məlumat vermişdik. Bu, qlobal məsələdir. Bizim qlobal fəaliyyətə ehtiyacımız var".


Вернуться назад