Главная > Dünya > ABŞ-da keçiriləcək seçki ərəfəsində Yerə asteroid yaxınlaşacaq

ABŞ-da keçiriləcək seçki ərəfəsində Yerə asteroid yaxınlaşacaq


23-08-2020, 14:40. Разместил: azadses
Yerə nömrəsi 2018VP1 olan kiçik asteroid yaxınlaşacaq.
“Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.
Asteroidin diametri 2 metrdən 4 metrə qədərdir. Bildirilib ki, 3 noyabrda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.
Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək.
Asteroid “Apollonlar” qrupuna aiddir və 2018-ci ildə kəşf edilib.

Вернуться назад