Главная > Dünya > Malinin müvəqqəti Prezidenti baş naziri və hökuməti istefaya göndərib
Malinin müvəqqəti Prezidenti baş naziri və hökuməti istefaya göndəribBu gün, 13:06. Разместил: azadses |
Malinin müvəqqəti Prezidenti Assimi Qoita keçid dövrünün baş naziri Çoqel Kokalla Maiqa və onun hökumət üzvlərini istefaya göndərib. "Report"un məlumatına görə, bu barədə "Malijet" portalı xəbər yayıb. Maiqa 7 iyun 2021-ci ildən hökumətin başçısı vəzifəsində çalışırdı. O, ötən həftənin sonunda ölkənin hərbi rəhbərlərini keçid dövrünün başa çatma vaxtı ilə bağlı qərar verməyə çağırıb. Malidə 2020-ci ilin yayından bu günədək iki hərbi çevriliş olub. Birinci çevriiş zamanı - 2020-ci ilin avqustunda Prezident İbrahim Bubakar Keyta hakimiyyətdən uzaqlaşdırılıb. Polkovnik Qoitanın başçılığı altında bir qrup hərbi zabit Ba Ndaonu müvəqqəti Prezident təyin edib. Lakin o, 2021-ci ilin mayında eyni hərbi qrup tərəfindən uzaqlaşdırılıb. Mali Konstitusiya Məhkəməsinin qərarı ilə Qoita keçid dövrü üçün dövlət başçısı təyin edilib. Əvvəlcə ölkənin 2024-cü ilin fevralında keçid dövrünü başa vuracağı və azad, şəffaf prezident seçkilərinin keçiriləcəyi güman edilirdi. Sonra keçid dövrünün bitmə tarixi martın 26-na keçirilib. Bu müddət bitdikdən sonra keçid dövrünün bitmə tarixi və seçkilər təxirə salınıb. Maiqanın aprelin 12-də dediyi kimi, Malidə prezident və ümumi seçkilər yalnız ölkədə təhlükəsizlik vəziyyəti sabitləşdikdən sonra keçiriləcək. Mayın 10-da Malidə başa çatan milli dialoqda hakimiyyət orqanlarına ölkədəki keçid dövrünün iki ildən beş ilədək uzadılması tövsiyə olunub. Вернуться назад |