Главная > Dünya > KXDR yenidən Cənubi Koreyaya zibil şarları buraxıb
KXDR yenidən Cənubi Koreyaya zibil şarları buraxıb18-11-2024, 15:44. Разместил: azadses |
KXDR ərazisindən yenidən Koreya Respublikasına içində zibil olan şarlar buraxılıb. "Report"un məlumatına görə, bu barədə Seul rəsmiləri xəbər verib. “KXDR cənuba doğru zibil balonları buraxır”, - Seul meriyasından bildirilib. Rəsmilər düşən əşyalarla davranarkən ehtiyatlı olmağa çağırıb. Qeyd edək ki, bu, mayın sonundan 31-ci belə aksiyadır. Sonuncu dəfə səmada zibil topları oktyabrın 24-də peyda olub. Вернуться назад |