Главная > Dünya > Rusiya iqtisadiyyatının 3 milyona yaxın işçiyə ehtiyacı var
Rusiya iqtisadiyyatının 3 milyona yaxın işçiyə ehtiyacı var11-11-2024, 14:56. Разместил: azadses |
Rusiya iqtisadiyyatının işçi qüvvəsinə ehtiyacı bu ilin ikinci rübündə 10% artaraq 2,7 milyon nəfər təşkil edib. “Report”un məlumatına görə, bu barədə “İzvestiya” Ali İqtisadiyyat Məktəbinin araşdırmasına istinadən yazıb. “İlin birinci yarısında işçi çatışmazlığından ən çox asılılıq tikinti seqmentində və avtomobil yolu ilə yükdaşıma xidmətləri göstərən şirkətlərdə formalaşıb”, - materialda qeyd olunub. Əmək bazarında ən çox vakansiyalar İT, tikinti və pərakəndə satış sektorundadır. Məqalədə vurğulanıb ki, işçi qüvvəsi çatışmazlığı şirkətlərin mütəxəssisləri saxlamaq üçün tədbirlər görməsinə, maaşların artmasına, həm gəncləri, həm də yaşlı nəslin nümayəndələrini işə götürməsinə səbəb olur. Вернуться назад |