Главная > Dünya > Kansler Almaniyanın nüvə silahına malik olmasının qəti əleyhinədir

Kansler Almaniyanın nüvə silahına malik olmasının qəti əleyhinədir


11-11-2024, 08:53. Разместил: azadses
“Mən Almaniyanın nüvə silahına malik olmasının qəti əleyhinəyəm. Bu, mənim tərəfimdən güclü müqavimətlə qarşılaşacaq”.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “ARD” telekanalına müsahibəsində bildirib.

Kanslerin sözlərinə görə, ölkəni qorumaq üçün adi silahlar hazırlamaq lazımdır. Şolts xatırladıb ki, bu məqsədlə Almaniya Fransa və Böyük Britaniya ilə nüvə başlıqları daşımayacaq uzaq mənzilli raketlərin hazırlanması ilə bağlı razılığa gəlib.


Вернуться назад