Главная > Dünya > ABŞ və Britaniya Sənadakı husi obyektlərinə hücum edib

ABŞ və Britaniya Sənadakı husi obyektlərinə hücum edib


10-11-2024, 10:31. Разместил: azadses
Amerika Birləşmiş Ştatları və Böyük Britaniya "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan Sənadakı hərbi obyektlərinə bir sıra hava zərbələri endiriblər.

“Report” xəbər verir ki, bu barədə TASS-a hərəkatdakı mənbə məlumat verib.

"Amerika və Britaniya qüvvələri şənbə axşamı Sənaya üç zərbə endirərək şəhərin bir neçə rayonunda hərbi bazalara və silah anbarlarına hücum ediblər. Təyyarələr Yəmən hava məkanında fəaliyyət göstəriblər”, – agentliyin həmsöhbəti bildirib.

Mənbənin sözlərinə görə, Ən-Nahdeyn, Əs-Sabin və Əl-Hafa rayonları zərbələrə məruz qalıb.

“Şəhərdə güclü partlayışlar eşidilib”, – o, hücumun nəticələri, o cümlədən mümkün ölənlər və yaralananlar barədə məlumat verməkdən imtina edib.


Вернуться назад