Главная > Dünya > Peruda güclü zəlzələ oldu
Peruda güclü zəlzələ oldu6-11-2024, 13:56. Разместил: azadses |
Perunun mərkəzində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 41,5 min nəfərin yaşadığı Huankavelika şəhərindən 18 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Вернуться назад |