Главная > Dünya > “Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib

“Axios”: ABŞ İraqdan İranın öz ərazisindən hücumunun qarşısını almağı tələb edib


6-11-2024, 13:00. Разместил: azadses
ABŞ prezidenti Cozef Baydenin administrasiyası İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanini İranın öz ərazisindən İsrailə hücumunun qarşısını almağa çağırıb, əks halda rəsm Tel-Əvivl Bağdada cavab hücumu təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Əgər siz bunu etməsəniz, biz İsrailin İraqa hücum etməsinə mane ola bilməyəcəyik”, - portal Bayden administrasiyasının rəsmisinin İraqın Baş nazirinə çatdırdığı bəyanatdan sitat gətirib.

Mənbələrin məlumatına görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibi Entoni Blinken İranın İsrailə planlaşdırdığı hücumu müzakirə ediblər.

Onlar Məhəmməd Şiya əs-Sudaniyə deyiblər ki, o, yəhudi dövlətindən qisas almaq istəyən İranın öz ərazisindən İsrailə hücum etməsinə icazə verməməlidir.


Вернуться назад