Главная > Dünya > Boliviyanın qərbində zəlzələ olub
Boliviyanın qərbində zəlzələ olub4-11-2024, 12:11. Разместил: azadses |
Boliviyanın qərbində 4,7 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Xidmətin verilənlərinə görə, Bakı vaxtı ilə 01:18-də qeydə alınmış yeraltı təkanların ocağı 257,7 km dərinlikdə olub. Seysmoloji hadisənin episentri Çalyapata şəhərindən 19 km cənub-qərbdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib. Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı. Bir neçə saat sonra isə ölkənin cənub-şərqində 4,2 maqnitudalı zəlzələ baş vermişdi. Daha əvvəl ABŞ-nin, Ficinin, həmçinin Rusiyanın sahillərində zəlzələlər qeydə alınmışdı. Вернуться назад |