Главная > Dünya > “Hizbullah” İsrailin Elyakim hərbi düşərgəsinə hücum edib

“Hizbullah” İsrailin Elyakim hərbi düşərgəsinə hücum edib


4-11-2024, 08:55. Разместил: azadses
Livanın “Hizbullah” təşkilatı İsrailin şimalındakı Elyakim hərbi təlim düşərgəsinə hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə edib.

“Report” xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında bildirilib.

“Müqavimət qüvvələri Şimal Hərbi Dairəsinin Elyakim təlim düşərgəsinə dronlarla zərbələr endirib və bütün hədəfləri dəqiqliklə vurub”, – məlumatda qeyd olunub.

“Hizbullah” günün ikinci yarısında ilk dəfə olaraq Hayfa yaxınlığında yerləşən İsrail Hərbi Hava Qüvvələrinin təmir-texniki bazasını yüksək dəqiqlikli raketlərlə hədəfə alıb.

Daha əvvəl Netaniyada 933-cü “Nahal” piyada briqadasının səhra düşərgəsi və Yaara yəhudi məskənindəki hərbi kazarma hücuma məruz qalıb.


Вернуться назад