Главная > Dünya > Hindistanda koronavirusa yoluxanların sayı 3 milyonu ötüb
Hindistanda koronavirusa yoluxanların sayı 3 milyonu ötüb23-08-2020, 08:59. Разместил: azadses |
Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 239 yoluxma halı qeydə alınıb. “Report”un” xəbərinə görə, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 3 044 940 nəfərə çatıb. Qeyd olunub ki, son sutka ərzində 912 nəfər vəfat edib və indiyədək xəstəlikdən ölənlərin sayı 56 706 nəfərə çatıb. Xəstəxanalarda 707 668 nəfər müalicə olunur, virusdan sağalanların sayı isə 2 280 566 nəfərdir. Вернуться назад |