Главная > Dünya > KİV: ABŞ seçkilərdən sonra digər dövlətlərin ölkədə sabitliyi pozmaq cəhdlərinə hazırlaşır
KİV: ABŞ seçkilərdən sonra digər dövlətlərin ölkədə sabitliyi pozmaq cəhdlərinə hazırlaşır3-11-2024, 10:31. Разместил: azadses |
Vaşinqton administrasiyası ümumi seçkilərdən sonra və Birləşmiş Ştatların yeni prezidentinin andiçmə mərasimindən əvvəl digər ölkələrin ölkədə sabitliyi pozmağa cəhd edə biləcəyinə hazırlaşır. "Report"un xəbərinə görə, bu barədə "The Washington Post" (WP) məlumat yayıb. Amerika rəsmiləri arasında olan mənbələrə görə, Prezident Cozef Baydenin administrasiyası səlahiyyətlərin yeni prezidentə keçməsi zamanı xaricdən ABŞ-ni təhdid etmək və ya sabitliyi pozmaq cəhdlərinə yüksək hazırlıq vəziyyətindədir. Amerika rəsmiləri Birləşmiş Ştatlarda həddindən artıq siyasi qütbləşmə nəticəsində daha da təhlükəli olan zəiflik dövründən istifadə etmək cəhdlərinin qarşısını almağa çalışırlar. Məqalədə qeyd olunur ki, Pentaqon seçkilərdən sonra və yanvarın 20-də növbəti prezidentin andiçmə mərasimindən əvvəl baş verə biləcək bir sıra ssenarilərə hazırlaşır. ABŞ-də növbəti ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris prezidentlik uğrunda mübarizə aparacaqlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə çalışıb. Harris hazırda ABŞ-nin vitse-prezidenti vəzifəsini icra edir. Вернуться назад |