Главная > Dünya > Ostin və Umerov Ukraynanın hərbi-sənaye kompleksinin gücləndirilməsini müzakirə ediblər
Ostin və Umerov Ukraynanın hərbi-sənaye kompleksinin gücləndirilməsini müzakirə ediblər2-11-2024, 12:10. Разместил: azadses |
ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rüstəm Umerovla Ukraynanın hərbi-sənaye kompleksinin gücləndirilməsini müzakirə edib. “Report” xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir. “Liderlər həmçinin Ukraynanın müdafiə ehtiyaclarını qarşılamaq üçün HSK-nın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər”, – mətndə diqqətə çatdırılıb. Bundan əlavə, Ostin Umerova Kiyevə Amerika yardımı haqqında yenilənmiş məlumat verib və onunla döyüş əməliyyatlarının gedişatını müzakirə edib. Daha əvvəl ABŞ Ukraynaya 425 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin verilməsi ilə bağlı öhdəliklər barədə bildirmişdi. Вернуться назад |