Главная > Dünya > Fransa sakini Trampın seçilməsinə 28,6 milyon dollarlıq mərc edib
Fransa sakini Trampın seçilməsinə 28,6 milyon dollarlıq mərc edib28-10-2024, 16:21. Разместил: azadses |
Fransa sakini ABŞ-dəki prezident seçkisində Donald Trampın seçilməsi üçün 28,6 milyon dollarlıq mərc edib. Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, o, pulunu Polymarket.com platformasında "Fredi9999", "Theo4", "PrincessCaro" və "Michie" adlı dörd fərqli hesaba yatırıb. Noyabrın 5-də keçirilən səsvermənin nəticəsi Trampın xeyrinə olarsa, bu anonim investor 14,4 milyon dollar mənfəət əldə edə bilər. Əksinə, Kamala Harris seçilərsə, bütün depozitini itirəcək. Müxtəlif mərc şirkətlərinin əmsallarını tərtib edən "RealClearPolitics"in məlumatına görə, Respublikaçı namizəd 60,7 faizlə mərc edənlərin sevimlisidir. Ümumilikdə, ABŞ-də keçiriləcək prezident seçkisinin qalibini müəyyən etmək üçün 2,4 milyard dollar mərc edilib. Вернуться назад |