Главная > Dünya > Britaniya hökuməti ekologiya naminə ət və süd istehlakını azaltmağa çağırıb
Britaniya hökuməti ekologiya naminə ət və süd istehlakını azaltmağa çağırıb28-10-2024, 11:19. Разместил: azadses |
Böyük Britaniyanın İqlim nəzarəti üzrə Hökumət Komitəsi bildirib ki, sakinlər ekologiya naminə ət və süd istehlakını 50 % azaltmalıdırlar. “Report”un məlumatına görə, bu barədə “Telegraph” qəzeti xəbər verib. Komitənin enerji naziri Ed Milibendə yazdığı məktubda ət və süd istehsalının 2050-ci ilə qədər yarıya endirilməli və məhsulların bitki mənşəli məhsullarla əvəz edilməsi vacibliyi iddia edilir. Bu tədbirlər 2035-ci ilə qədər karbon dioksid emissiyalarının 1990-cı illə müqayisədə 81 % azaldılması üçün görülməlidir. Komitə rəhbəri Pirs Forsterin sözlərinə görə, ət və süd istehlakını azaltmaq üçün fermerlər üçün subsidiyaları azaltmaq, ərzaq vergilərini artırmaq və reklamlarını məhdudlaşdırmaq mümkündür. Hökumət qoyun və mal-qaranın azalmasını da düşünməlidir, çünki bu heyvanların istehsal etdiyi metan iqlim dəyişikliyinin əsas səbəblərindən biridir. Вернуться назад |