Главная > Dünya > Belarusu Dünya Bankında Rusiya təmsil edəcək

Belarusu Dünya Bankında Rusiya təmsil edəcək


Dünən, 15:44. Разместил: azadses
Noyabrın 1-dən etibarən Rusiya Dünya Bankında (DB) Belarusun maraqlarını təmsil etməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Rusiya üzrə icraçı direktoru Roman Marşavin məlumat verib.

Belarusu indiyədək bankda Türkiyə-Belçika müdirliyi təmsil edirdi. Minskin təşəbbüsü ilə bu vəziyyət dəyişib.

2014-cü ildən bəri Rusiyanın Dünya Bankındakı direktorluğu Suriyanın da maraqlarını təmsil edir.

Dünya Bankı 2022-ci ilin martında Qərbin tələbi ilə Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Belarusdakı bütün proqramlarını dayandıracağını elan edib, 2020-ci ilin ortalarından Minskə yeni kreditlər ayırmayıb.


Вернуться назад