Главная > Dünya > Rusiyalıların orduya inamı müharibənin başlanğıcından bəri minimuma düşüb
Rusiyalıların orduya inamı müharibənin başlanğıcından bəri minimuma düşüb25-10-2024, 13:01. Разместил: azadses |
Üç ilə yaxın davam edən Rusiya – Ukrayna müharibəsi fonunda Rusiya cəmiyyətinin silahlı qüvvələrə olan inamını azalıb. “Report” xəbər verir ki, bunu “Levada Mərkəzi”nin apardığı sorğunun nəticələri göstərib. Belə ki, 2024-cü ilin oktyabr ayına olan vəziyyətə görə, orduya inanan rusiyalıların payı döyüş əməliyyatlarının başlanğıcından bəri minimum həddə düşüb. Araşdırmaya görə, rusiyalıların 69 %-i hərbi qüvvələrə inandığını bildirib və müharibənin əvvəli ilə müqayisədə onların sayı 8 faiz bəndi azalıb. Orduya inam 2022-ci ilin avqustunda rekord həddə – 77 % olub, lakin bir il sonra bu səviyyə 72 %-ə, daha sonra isə 3 faiz bəndi daha azalıb. “Levada”nın məlumatlarına görə, ordu döyüş əməliyyatları zamanı vətəndaşların etimadını itirən yeganə dövlət və güc qurumu olub. Beləliklə, hökumətə inam 55 %-dən 57 %-ə, regional iqtidara 43 %-dən 48 %-ə, Dövlət Dumasına 42 %-dən 47 %-ə, polisə 41 %-dən 48 %-ə, prokurorluğa 38 %-dən 43 %-ə yüksəlib. “Levada Mərkəzi”nin direktoru Denis Volkov qeyd edib ki, orduya inamın ən əhəmiyyətli azalması 2022 və 2023-cü illər arasında baş verib. “Yəqin ki, Priqojının Müdafiə Nazirliyini tənqid etməsi, korrupsiya ittihamları rol oynayıb. Bəlkə də, 2022-ci ilin sonundakı geri çəkilmə təsir edib”, – deyə o ehtimal edib. Bununla belə, Volkov vurğulayıb ki, ordu hələ də prezidentdən (80 %) sonra etimad səviyyəsinə görə ikinci yerdədir və son ildə onun reytinqinin azalması əhəmiyyətsiz olub. Sosioloqın sözlərinə görə, Moskvanın 1 000 kvadratkilometr əraziyə nəzarəti itirməsi ilə nəticələnən Ukrayna qoşunlarının Kursk vilayətinə müdaxiləsi “mənfi təsir göstəribsə də, çox güclü olmayıb”. Ümumilikdə, “Levada”nın məlumatlarına görə, Rusiya cəmiyyətində etimad səviyyəsi aşağı olaraq qalır. Sorğuda respondentlərin yalnız 17 %-i ətrafındakı insanlara “etibar etmək olar” deyib, əksəriyyət – 82 % isə insanlara ehtiyatla yanaşmaq lazım olduğunu bildirib. Вернуться назад |