Главная > Dünya > COP29 və ADB prezidentləri iqlimin maliyyələşdirilməsinin innovativ üsullarını müzakirə ediblər
COP29 və ADB prezidentləri iqlimin maliyyələşdirilməsinin innovativ üsullarını müzakirə ediblər24-10-2024, 12:10. Разместил: azadses |
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Asiya İnkişaf Bankının (ADB) rəhbəri Masasuqu Asakava Vaşinqtonda iqlimin maliyyələşdirilməsinin innovativ üsullarını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə ADB rəhbəri "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O qeyd edib ki, iqlimin maliyyələşdirilməsinin həcminin artırılması qlobal istiləşmənin səbəb olduğu artan iqtisadi problemlərin həllinin yeganə yoludur və Çoxtərəfli İnkişaf Bankları bu səylərə tam töhfə verməlidir. “Vaşinqtonda COP29-un prezidenti Muxtar Babayevlə ADB-nin töhfələrini, o cümlədən 100 milyard dollarlıq iqlim maliyyəsi təşəbbüsünü, innovativ maliyyələşdirmə üsullarını və artan kredit imkanlarını müzakirə etdik”, - M.Asakava açıqlayıb. O, həmçinin COP29 Sədrliyinin bu məsələlərə göstərdiyi diqqəti yüksək qiymətləndirib. "Mən gələn ay Bakıda keçiriləcək COP29 görüşlərini səbirsizliklə gözləyirəm", - ADB rəhbəri əlavə edib. Вернуться назад |