Главная > Dünya > ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə olub, ölən və zərərçəkənlər var
ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə olub, ölən və zərərçəkənlər var23-10-2024, 13:59. Разместил: azadses |
ABŞ-də “McDonald's” “fast food” şəbəkəsində bağırsaq çöpü bakteriyasına yoluxmuş bir nəfər ölüb, daha on nəfər xəstəxanaya yerləşdirilib. “Report”un xəbərinə görə, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat verib. "Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda E. coli o157:H7 ştamına 49 yoluxma qeydə alınıb", - məlumatda deyilir. Məlumata görə, ilk zəhərlənmə halları 27 sentyabrda qeydə alınıb. İyirmi səkkiz yoluxmuş şəxs haqqında rəsmi məlumat var. Kolorado ştatından bir nəfər bakteriyanın səbəb olduğu hemolitik-uremik sindromun (kiçik damarlarda həyati orqanlara, xüsusən böyrəklərə qan tədarükünü maneə törədən qan laxtalarının əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyət-red) inkişafı nəticəsində ölüb. Epidemioloji məlumatlara görə, “McDonald”s ziyarətçiləri "Royal Çizburger"dən zəhərləniblər. Mərkəz bildirib ki, xəstələrin indiki sayı daha çox ola bilər və təsdiqlənmiş on ştatla məhdudlaşmır. Вернуться назад |