Главная > Dünya > Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir - YENİLƏNİB-2

Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir - YENİLƏNİB-2


21-10-2024, 14:45. Разместил: azadses
Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 41,53%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,52% səs toplayıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 97,16 %-i işləndikdən sonra açıqlayıb.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda ilkin səsvermənin nəticələrinə (protokolların 97,21%-i işlənib) əsasən, vətəndaşların 50,31 %-i Moldovanın Aİ-yə qoşulmasının əleyhinə, 49,69 %-i müvafiq olaraq səsvermənin lehinədir.

02:24
Moldovanın hazırkı prezidenti Maia Sandu səsvermə protokollarının 90%-dən çoxunun sayılmasından sonra 38% nəticə ilə prezident seçkilərində liderdir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) saytında səsvermənin real vaxt rejimində yenilənən ilkin nəticələri göstərir.

Keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 28,74% səs toplayıb.

Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda səsvermənin ilkin nəticələrinə görə, vətəndaşların 53,6 faizi Moldovanın Aİ-yə daxil olmasının əleyhinə, 46,4 faizi müvafiq olaraq lehinədir.

00:20
Moldovanın hazırkı prezidenti Maia Sandu protokolların yarısına baxıldıqdan sonra 35% nəticə ilə prezident seçkilərində liderdir.

"Report" xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.

Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.


Вернуться назад