Главная > Dünya > ÜST Misiri malyariyadan azad ölkə kimi tanıyıb

ÜST Misiri malyariyadan azad ölkə kimi tanıyıb


21-10-2024, 12:10. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Misiri malyariyadan azad ölkə kimi təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib ki, Misirin malyariyadan azad ölkə kimi tanınması 100 milyondan çox əhalisi olan bir dövlət üçün ictimai sağlamlıq baxımından mühüm mərhələdir.

"Malariya Misir sivilizasiyasının özü qədər qədimdir, lakin fironların başına gələn xəstəlik indi onun gələcəyinə deyil, tarixinə aiddir", - baş direktor deyib.

Qeyd edilir ki, Misir Birləşmiş Ərəb Əmirlikləri və Mərakeşdən sonra ÜST-nin Şərqi Aralıq dənizi regionunda “malyariyadan azad” sertifikatına sahib üçüncü ölkə, 2010-cu ildən isə ilk ölkə olub.

“Qlobal miqyasda ümumilikdə 44 ölkə bu mərhələyə çatıb”, - ÜST-dən bildirilib.

ÜST-ün “malyariyadan azad” ölkə sertifikatını almaq istəyən ölkə ən azı üç il ardıcıl olaraq ərazisində yerli ötürülmə zəncirlərinin rast gəlinmədiyinə dair təkzibolunmaz sübutlar təqdim etməlidir.


Вернуться назад