Главная > Dünya > Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq18-10-2024, 12:11. Разместил: azadses |
Rumıniyanın milli müdafiə naziri Anjel Tılver Brüsseldə NATO-ya üzv ölkələrin hərbi qurumlarının başçılarının görüşü zamanı Rumıniya, Bolqarıstan və Türkiyə arasında hərbi mobillik dəhlizinin yaradılması ilə bağlı niyyət məktubu imzalayıb. "Report"un xəbərinə görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Getdikcə mürəkkəbləşən qlobal təhlükəsizlik vəziyyəti kontekstində silahlı qüvvələrin regionda effektiv yerləşdirilməsi üçün zəruri olan logistik proseslərin sadələşdirilməsi və uyğunlaşdırılmasına təcili ehtiyac müəyyən edilib”, - məlumatda vurğulanır. “İmzalanmış niyyət məktubu üç ölkə arasında qoşunların, texnikanın və hərbi materialların sürətli və etibarlı çatdırılmasını təmin edəcək əsas təchizat marşrutlarının əlaqələndirilmiş şəbəkəsinin yaradılmasını nəzərdə tutur”, - nazirlikdən bildirilib. “Hərbi mobillik NATO və Aİ arasında əməkdaşlığın flaqman layihəsi, eləcə də Qara dəniz regionunda etibarlı ehtiyatlılıq və müdafiə mövqeyinin əsas elementidir”, - Rumıniyanın milli müdafiə naziri deyib. Вернуться назад |