Главная > Dünya > Gürcüstanda artıq ödənilmiş 1,8 milyard lari məbləğində ƏDV geri qaytarılıb

Gürcüstanda artıq ödənilmiş 1,8 milyard lari məbləğində ƏDV geri qaytarılıb


18-10-2024, 11:19. Разместил: azadses
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti 9 ay ərzində vergi ödəyicilərinə artıq ödənilmiş ƏDV-ni 1,8 milyard lari (660 milyon dollar) məbləğində geri qaytarıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Ötən il bu rəqəm 2,33 milyard, 2022-ci ildə 2,26 milyard lari, 2021-ci ildə 1,93 milyard və 2020-ci ildə isə 1 milyard olub.

Qeyd edək ki , 2020-ci ilin 17 noyabr tarixindən etibarən vergi ödəyiciləri ƏDV ödənişi zamanı yaranan artıq məbləği bu prosesi avtomatlaşdıran proqram vasitəsilə tamamilə geri ala bilərlər.


Вернуться назад