Главная > Dünya > Ermənistanda 74 yaşlı kişi azyaşlıya zorakılıq edib

Ermənistanda 74 yaşlı kişi azyaşlıya zorakılıq edib


Dünən, 08:55. Разместил: azadses
Ermənistanın paytaxtı İrəvanda polisə 74 yaşlı kişinin 9 yaşlı qızı zorlaması barədə məlumat daxil olub.

“Report”un məlumatına görə, bu barədə “Shamshyan.com” xəbər verib.

Sakinlər 74 yaşlı M.K.-nın azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etdiyini bildiriblər.

Faktla bağlı Malatiya polis idarəsində sənədlər tərtib edilib. Şübhəli şəxs İstintaq Komitəsinin Yerevan Şəhər İstintaq İdarəsinin Malatiya-Sebastiya inzibati regionu üzrə istintaq şöbəsinə təhvil verilib.

Təfərrüatlar açıqlanmır.


Вернуться назад