Главная > Dünya > Harris ABŞ-nin həmişə İsrailə kömək etməli olduğunu bildirib

Harris ABŞ-nin həmişə İsrailə kömək etməli olduğunu bildirib


17-10-2024, 10:30. Разместил: azadses
Amerika Birləşmiş Ştatları həmişə İsrailə müdafiə sahəsində kömək etməli və bunun üçün lazım olan bütün resursları təmin etməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından ali dövlət vəzifəsinə namizəd Kamala Harris bildirib.

“Amerika həmişə İsraili qorumalı və onun özünümüdafiə ehtiyacını dəstəkləməli, həmçinin İsrailin İranın, o cümlədən onun regiondakı proksilərinin hücumlarından müdafiə olunması üçün lazımi resurslara malik olması üçün amerikan dəstəyini təmin etməlidir”, – o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bu məsələdə qətiyyətliyəm”, – siyasətçi vurğulayıb.


Вернуться назад