Главная > Dünya > Meksika sahillərində güclü zəlzələ baş verib
Meksika sahillərində güclü zəlzələ baş verib17-10-2024, 08:54. Разместил: azadses |
Meksika sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb. Report xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, episentr 159,8 min nəfərin yaşadığı Mansanilyo şəhərindən 279 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. Вернуться назад |