Главная > Dünya > Rumıniya F-16 üçün Ukrayna pilotlarının hazırlanmasının maliyyələşdirilməsini təsdiqləyib

Rumıniya F-16 üçün Ukrayna pilotlarının hazırlanmasının maliyyələşdirilməsini təsdiqləyib


17-10-2024, 08:00. Разместил: azadses
Rumıniya hökuməti Ukrayna pilotlarının F-16 qırıcılarında uçuşlar üçün hazırlanmasına dair hüquqi prosedurları və şərtlərin təmin edilməsini müəyyən edən təcili qərar qəbul edib.

“Report” “Agerpres” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat üzrə nümayəndəsi Mihay Konstantin bildirib.

“Rumıniya hökuməti F-16 təyyarələrində uçacaq Ukrayna heyətinin hazırlanması üçün hüquqi prosedurları və şərtlərin təmin edilməsini təsdiqləyib. Təlim Feteşti şəhərindəki 86-cı hava bazasında keçiriləcək”, – o söyləyib.

Normativ aktda qeyd olunub ki, xərclər Ukrayna heyətinin təlimi, həmçinin təlim prosesində yaşayış, qidalanma, nəqliyyat, yanacaq sərfiyyatı, xüsusi avadanlıqların və digər əlaqəli mal və xidmətlərin təmin edilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Avropa F-16 Təlim Mərkəzi (European F-16 training center, EFTC) rəsmi olaraq 2023-cü ilin noyabrında Rumıniyanın Feteşti şəhərindəki 86-cı hava bazasında açılıb. Mərkəz Rumıniya və Niderland müdafiə nazirlikləri arasında əməkdaşlıq çərçivəsində “Lockheed Martin” şirkəti ilə tərəfdaşlıqda və Danimarkanın dəstəyi ilə yaradılıb.


Вернуться назад