Главная > Dünya > Trüdo: Ottava öz ölkəsində kanadalılara qarşı təhdidlərə dözməyəcək

Trüdo: Ottava öz ölkəsində kanadalılara qarşı təhdidlərə dözməyəcək


Dünən, 13:04. Разместил: azadses
Kanada hakimiyyəti ərazisində öz vətəndaşlarına qarşı təhdidlərə və zorakılığa dözməyəcək.

"Report"un məlumatına görə, bunu jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo Ottavanın Hindistanın 6 diplomatını ölkədən çıxarmaq qərarını şərh edərkən deyib.

"Biz heç vaxt xarici hökumətin Kanada torpaqlarında Kanada vətəndaşlarını təhdid etmək və ya ölümündə iştirakına dözməyəcəyik. Bu, Kanada suverenliyinin və beynəlxalq hüququn son dərəcə qəbuledilməz pozulmasıdır", - Trüdo deyib.


Вернуться назад