Главная > Dünya > Meksikada polis şosedə beş nəfərin başsız cəsədlərini aşkar edib

Meksikada polis şosedə beş nəfərin başsız cəsədlərini aşkar edib


Dünən, 14:53. Разместил: azadses
Meksika polisi şosedə beş başsız cəsəd və kəsilmiş başların olduğu bir torba aşkar edib.

“Report” xəbər verir ki, bu barədə “Milenio” qəzeti məlumat yayıb.

Bildirilib ki, qara plastik torbalara qoyulmuş meyitlər Xalisko ştatının şimal-şərq hissəsində, cinayətkar qrupların amansız qətlləri ilə məşhur olan Laqos-de-Moreno şəhəri yaxınlığındakı şosedə tapılıb.

Hadisə yerinə gələn milli qvardiyaçılar bir müddət sonra kəsilmiş başların olduğu daha bir torba aşkar ediblər.

Hüquq-mühafizə orqanları hələlik qurbanların kimliyini müəyyən edə bilməyiblər.


Вернуться назад