Главная > Dünya > Qazaxıstanın Talqar şəhərinə yeniyetmənin öldürülməsindən sonra Milli Qvardiya yeridilib
Qazaxıstanın Talqar şəhərinə yeniyetmənin öldürülməsindən sonra Milli Qvardiya yeridilib14-10-2024, 13:04. Разместил: azadses |
Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyası Almatı vilayətinin Talqar şəhərində 16 yaşlı yeniyetmənin rezonans doğuran qətlindən sonra ictimai asayişin qorunmasına cəlb edilib. “Report” xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb. “Hazırda Almatı vilayətinin Talqar şəhərində Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Milli Qvardiyasının hərbi hissəsinin şəxsi heyəti ictimai asayişin qorunması üçün post-patrul xidmətinə cəlb edilib”, – KİV qurumun bəyanatından sitat gətirib. Daha əvvəl Almatıdan 25 km şərqdə yerləşən Talqarda 16 yaşlı Şerzat Bolatın öldürülməsi baş verib ki, bu da respublikada geniş rezonans doğurub. Vilayət polisi cinayət işinin açıldığını və hadisənin bütün iştirakçılarının saxlanıldığını bildirib. Bundan sonra naməlum şəxslər öldürülmüş yeniyetmənin ailəsinin yaşadığı evi yandırıblar, ev tamamilə yanıb. Вернуться назад |