Главная > Dünya > Livan hava hücumları nəticəsində 22 nəfərin öldüyünü açıqlayıb

Livan hava hücumları nəticəsində 22 nəfərin öldüyünü açıqlayıb


11-10-2024, 14:54. Разместил: azadses
İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində iki binaya endirdiyi zərbələri nəticəsində 22 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hava hücumu nəticəsində 117 nəfər yaralanıb.

Xatırladaq ki, İsrailin Beyruta endirdiyi zərbələrin hədəfi “Hizbullah”ın kəşfiyyat xidmətinin rəhbəri Vəfik Səfa olub. Lakin “Al Mayadeen” telekanalı hücumun uğursuz olduğunu, Vafiq Səfanın sağ olduğunu bildirib.



Вернуться назад