Главная > Dünya > KİV: Dünya Bankı Ukraynaya dəstək fondunun yaradılmasını təsdiqləyib

KİV: Dünya Bankı Ukraynaya dəstək fondunun yaradılmasını təsdiqləyib


11-10-2024, 09:42. Разместил: azadses
Dünya Bankının Direktorlar Şurası Ukraynaya dəstək üçün nəzərdə tutulmuş yeni fondun yaradılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters məlumat yayıb.

Maliyyə vasitəçiliyi fonduna vəsaitin ABŞ, Kanada və Yaponiyadan daxil olacağı gözlənilir.

Nəşr bildirib ki, Rusiya tərəfi fondun yaradılmasının əleyhinə səs verib. Dünya Bankının mətbuat xidməti hələlik agentliyin sorğusuna münasibət bildirməyib.

Qeyd edək ki, Moskvanın Ukraynada hərbi əməliyyata başlamasından sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropadadır.


Вернуться назад