Главная > Dünya > ABŞ-də “Milton” qasırğası nəticəsində bir neçə nəfər ölüb, dağıntılar var

ABŞ-də “Milton” qasırğası nəticəsində bir neçə nəfər ölüb, dağıntılar var


10-10-2024, 17:10. Разместил: azadses
ABŞ-nin Florida ştatının Sent-Lyusi dairəsinin rəsmiləri “Milton” qasırğası nəticəsində bir neçə nəfərin öldüyünü bildiriblər.

"Report"un xəbərinə görə, bu barədə “WPBF 25 News” məlumat yayıb.

Səlahiyyətlilər bir sıra tornadoların göllər ərazisindən keçdiyini və hadisə yerinə təcili yardım xidmətlərinin göndərildiyini bildirib. Polis nümayəndələri və yanğınsöndürənlər zərərçəkənlərə yardım göstərmək və əməliyyat-axtarış tədbirlərini davam etdirmək üçün dağılmış ərazilərə baxış keçirirlər.

Təbii fəlakət qurbanlarının dəqiq sayı açıqlanmır.

Bundan əvvəl Regional Fövqəladə Hallar İdarəsinin rəhbəri Kevin Qatri, Florida tornado nəticəsində təxminən 125 evin dağıdıldığını bildirib.


Вернуться назад