Главная > Dünya > ABŞ-də seçki günü terror aktı planlaşdıran əfqanıstanlı həbs edilib
ABŞ-də seçki günü terror aktı planlaşdıran əfqanıstanlı həbs edilib9-10-2024, 18:10. Разместил: azadses |
ABŞ Federal Təhqiqat Bürosu Oklahoma ştatında noyabrın 5-də – seçkilər günü terror aktı törətmək niyyətində olan Əfqanıstan vətəndaşını saxlayıb. “Report” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2021-ci ilin sentyabrında miqrasiya vizası ilə ABŞ-yə giriş edən 27 yaşlı Nəzir Əhməd Tauhidi İŞİD terror qruplaşmasına maddi yardım göstərməyə cəhd edib. O, odlu silahdan istifadə edərək ABŞ ərazisində terror aktı törətmək niyyətində olub. Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey qeyd edib ki, Tauhidi terror aktını seçkilər günü törətməyi planlaşdırırdı. Вернуться назад |