Главная > Dünya > Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar
Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar9-10-2024, 08:00. Разместил: azadses |
2025-ci ildə Müstəqil Dövlətlər Birliyində Rusiya və Türkmənistan həmsədr olacaqlar, sonuncu gələcək sədr kimi, Aşqabadın artıq razılığı alınıb. “Report” xəbər verir ki, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair MDB-nin baş katibi Sergey Lebedev məlumat verib. “Dar formatda gələn il Müstəqil Dövlətlər Birliyində sədrlik barədə qərar qəbul edilib. Rusiya sədrliyi Tacikistan Respublikasına təhvil verir və yanvarın 1-dən Tacikistan Birliyin bütün ali orqanlarına sədrlik edəcək. Bu, Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, MDB-nin İqtisadi Şurasıdır. Diqqətəlayiq haldır ki, həmsədr qismində Rusiya Federasiyası keçmiş sədr kimi və Türkmənistan gələcək sədr kimi çıxış edəcəklər – biz artıq Türkmənistan rəhbərliyindən razılıq almışıq ki, onlar 2026-cı ildə sədrliyi qəbul etməyə hazırdırlar”, – Lebedev bildirib. Вернуться назад |